Ukrayna təmsilçisi Vorskla Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün Qarabağ-ın qonağı olacaq.
Offsideplus.az xəbər verir ki, yerli mətbuata açıqlama verən Vorskla-nın kapitanı Vladimir Çesnakov Bakıdan uğurlu nəticə ilə ayrılmaq istədiklərini bildirib: “Bizim üçün asan olmayacaq. Başa düşürük ki, Qarabağ adi komanda deyil, avrokuboklarda böyük təcrübəsi var. Buna baxmayaraq, bütün gücümüzü ortaya qoyacağıq ki, uğurlu nəticə əldə edək. Minimum hədəfimiz burdan heç-heçə ilə ayrılmaqdır. Yüksək səviyyəli futbol sərgiləmək istəyirik. Ancaq xallar qazanmaq bundan da vacibdir”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Qarabağ – Vorskla görüşünün start fiti 20:55-də səslənəcək.