Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”ın qonağı olacaq Ukrayna “Vorskla”sı daha bir itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Poltava təmsilçisinin dünən Bakı Olimpiya Stadionunda baş tutan hazırlıq prosesində Artur Batista fərdi məşq edib. 24 yaşlı braziliyalı müdafiəçinin zədə səbəbindən oyunda iştirak etmək ehtimalının çox az olduğu bildirilir.

Bunadək zədələrini sağaltmaqla məşğul olan Geqam Kadimyan, Aleksandr Kobaxidze və Denis Vasinin heyətdə yer almayacağı bəlli idi. Həmçinin İbrahim Kane və Dmitri Kravçenko səfərə götürülməyib.

Qeyd edək ki, matç saat 20:55-də başlayacaq. 

 

Report