"Mançester Yunayted" sabah Avropa Liqasının finalında "Tottenhem"lə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, bu matç öncəsi "qırmızı şeytanlar"a 3 futbolçusundan sevindirici xəbər gəlib. Dioqo Dalo, Leni Yoro və Coşua Zirkze bu gün səhər keçirilən məşqdə iştirak edib.

Matteys De Liqtin isə zədəsi davam edir.

Əlavə edək ki, Avropa Liqasının final qarşılaşması Bilbao şəhərində keçiriləcək. Matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.