Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda Qarabağ-la qarşılaşacaq Vorskla klubunun yarımmüdafiəçisi Qeqam Kadimyan ölkəmizə gəlməyəcək.
Offsideplus.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, çiynindən zədə alan erməni futbolçu uzun müddət oynaya bilməyəcək.
Daha əvvəl Arsenal-ın erməni yarımmüdafiəçisi Henrik Mxitaryan da Qarabağ-la Bakıdakı oyunu buraxmışdı.
Oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək Qarabağ - Vorskla oyunu 20:55-də başlayacaq.