Sabah Avropa Liqasında "Qarabağ" səfərdə "Elfsborq"la qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi oyundan öncə şok itki ilə üzləşib. Klubdan verilən məlumatda Bəhlul Mustafazadənin sıradan çıxdığı bildirilib. Müdafiəçi məşq zamanı zədələnib. Millimizin üzvünün bud arxa əzələsi gərilib. Bu səbəbdən də İsveçə aparılmayıb.
Bəhlul Mustafazadə təqribən 4-6 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.
Maraq üçün bildirək ki, Ağdam təmsilçisinin heyətində Aleksey İsayev və Kevin Medina da zədəlidir.