UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində doğma meydanda "Tottenhem"i qəbul edən "Qalatasaray" matçda zədələnən Mauro İkardi ilə bağlı üzücü xəbər alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Ulduz futbolçunun sağ diz ön çarpaz bağının meniskində yırtıq və zədə aşkarlanıb. İkardinin bu mövsümün qalan hissəsini buraxacağı qeyd edilir.
Xatırladaq ki, argentinalı görüşün 82-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.