Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Lion" maraqlı addım atıb.

Offsideplus.az xəbər verir ki, Fransa klubu yerli federasiyaya müraciət edərək Liqa 1-in 13-cü turunda "Nitsa" ilə matçın təxirə salınmasını istəyib.

Məlumatı "RMC Sport" yayıb. "Lion" rəsmiləri Bakıya 7 saatlıq və 4600 km məsafənin olduğunu nəzərə alınmasını istəyib. Lakin Fransa Futbol Federasiyası hələ ki, bu təklifi rədd edib.

Qeyd edək ki, "Qarabağ" - "Lion" matçı noyabrın 28-də keçiriləcək.