Həftənin avrokubok oyunlarından sonra UEFA reytinqində dəyişiklik olub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasında "Malmö"yə məğlub olub - 1:2. Bu nəticə ilə komandamız reytinqə xal yazdıra bilməyib.

Ölkəmiz hazırda  hazırda 19,125 əmsalla 28-ci sıradadır. Ötən sıralama ilə müqayisədə 1 pillə geriləmişik. Eyni əmsalı olan Bolqarıstan 27-ci pillədə qərarlaşıb.

Siyahıya 92,446 xalla İngiltərə başçılıq edir.