Avropa Liqasının əsas mərhələsinin I turunda "Tottenhem" "Qarabağ"ı 3:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra meydan sahiblərinin çalışdırıcısı Ange Postekoqlu mətbuat konfransında iştirak edib.

Mütəxəssis qələbə haqda bunları söylədi:

"Oyuna heç də yaxşı başlamadıq. Brennan bizim üçün vacib oyunçudur. O, hücumda Son və Solanke ilə yaxşı çıxış etdi. Biz oyuna daha yüksək tempdə başlamağı planlamışdıq. Qırmızı vərəqəyə kimi ötürmələrdə fəal oynamadıq. Təəssüf ki, nəticədə Draquş buna görə cəzalandı. Bundan sonra reaksiyamız yaxşı oldu. Qələbə qazandığımıza baxmayaraq, startdan narazı qaldım".