UEFA Avropa Liqasında bu həftənin rəmzi komandasını açıqlayıb.

Offsideplus.az-ın xəbərinə görə, rəmzi 11-likdə qrup mərhələsinin 2-ci turunda Bakıda “Qarabağ”la keçirilən görüşdə ilk qolu vuran Arsenal-ın müdafiəçisi Sokratis Papastatopulos da yer alıb.

Qapıçı: Andrey Lunyov (Zenit)

Müdafiəçilər: Ceyms Tavernier (Rangers), Sokratis Papastatopulos (Arsenal), İbrahima Konate (Leipzig), Danni da Kosta (Eintracht)

Yarımmüdafiəçilər: Marin Tomasov (Astana), Leandro Paredes (Zenit), Kristoffer Zahariassen (Sarpsborg), Filip Kostiç (Eintracht)

Hücumçular: Leo Jaba (PAOK), Alfredo Morelos (Rangers).