Avropa Liqasının Liqa mərhələsinin ilk turunda "Qalatasaray" PAOK-la qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, yunan mediasından "Sport 24"ün baş redaktoru İlias Kallonas "Beinsports"a verdiyi maraqlı açıqlama ilə diqqət çəkib:

" PAOK 4 çempionluq namizədi arasında ən yaxşı yerdədir. Sadəcə, "Panatinaykos"a qarşı görüşdə bərabərə qalıb xal itirdilər. Baş məşqçi komandanın lideri olaraq mükəmməl iş çıxardı. Konstantinos Koulierakisin "Volfsburq"a satılması səbəbilə müdafiədə bəzi problemlər var. Ancaq, orta və ön mövqelərdə yüksək keyfiyyətə sahibdirlər".

Kallonas gərgin oyun keçəcəyini bildirdi: 

"Sarı-qırmızılar" əla kollektivi ilə Türkiyənin ən yaxşı komandalarından biri olaraq görülür. İki klub üçün də çətin matç olacaq".