Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Qarabağ-ın qonağı olacaq Arsenal artıq Bakıdadır.

Offsideplus.az xəbər verir ki, komandanı gətirən təyyarə təxminən saat 17:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib. “Topçular” oradan birbaşa Bakı Olimpiya Stadionuna yollanıblar.

Qeyd edək ki, sabah BOS-da keçiriləcək Qarabağ – Arsenal oyunu 21:00-da start götürəcək.