UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, bu gün baş tutan mərasimdə "Qarabağ"ın da potensial rəqiblərinin adına aydınlıq gəlib.
Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsində "Ludoqorets" səddini keçə bilməsə, Avropa Liqasının pley-offunda "Petrokub" (Moldova) – TNS (Uels) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.