Arsenal-ın erməni futbolçusu Henrix Mxitaryan Avropa Liqasının II turunda Qarabağ-la keçirəcəkləri matç üçün Bakıya gəlib-gəlməyəcəyinə aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, ESPN-in Arsenal müxbiri Mattias Karen şəxsi “Twitter” hesabında yazıb: “Mənə məlumat veriblər ki, Henrix Mxitaryan Azərbaycana səyahət etməyəcək. Bu, oyunçunun Azərbaycan - Ermənistan münaqişəsi səbəbindən təhlükəsizlik məqsədi ilə verdiyi şəxsi qərarıdır. Əgər Arsenal Avroliqanın finalına vəsiqə qazana bilsə, Mxitaryan həmin görüşdə də iştirak etməyə bilər”.
Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək Qarabağ - Arsenal matçı saat 20:55-də başlayacaq.