"Zirə" bu gün Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, qəsəbə təmsilçisi səfərdə "Şerif"in qonağı olub. Qarşılaşma 21:00-da start götürüb və "qartallar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda vurulan yeganə qolun müəllifi Davit Volkov olub.

Komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıda baş tutacaq. 

Avropa Liqası
I təsnifat mərhələsi
11 iyul

21:00 Şerif (Moldova) – Zirə 0:1 

Qol: Davit Volkov, 89.
Baş hakim: Alessandro Dudiç (İsveçrə)