Türkiyə millisinin futbolçusu Arda Gülər Avropa Çempionatının 1/8 final mərhələsində Avstriya ilə matçda (2:1) məhsuldar ötürmə ilə yadda qalıb.
Offsideplus.az "Opta"ya istinadən xəbər verir ki, o, 20 yaşı tamam olmadan qitə yarışında həm fərqlənən, həmçinin məhsuldar ötürmə ilə yadda qalan üçüncü futbolçudur
Buna qədər eyni nəticəni Kriştiano Ronaldo və Ueyn Runi təkrarlayıb.
Qeyd edək ki, Gülər Avropa çempionatının qrup mərhələsində Gürcüstanla matçda qol hesabını açmışdı.
Xatırladaq ki, "ay-ulduzlular" turnirin 1/4 finalında Niderlandla qarşılaşacaq.