Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la Bakıda keçirəcəyi oyun İngiltərənin "Arsenal" klubu üçün iki məqamla əlamətdar olacaq.
Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil Avropa miqyaslı yarışlarda yubiley oyununa çıxacaq. Türk əsilli futbolçu meydanda olacağı təqdirdə, avrokuboklarda 100-cü matçını keçirəcək.
"Arsenal" klubu həmçinin rəsmi qarşılaşmaya görə ən uzun səfərini gerçəkləşdirəcək. London təmsilçisi Bakıya gəlmək üçün 4000 km məsafə qət edəcək.
Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.