Bu gün "Qarabağ" tarixi oyuna çıxır.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz Avropa Liqasının pley-offunda "Braqa"nın qonağı olacaq. "Köhlən atlar"ın bu gecə olduqca çətin mübarizə gözləyir. Ağdam təmsilçisinin vacib görüşü ilə bağlı AFFA-nın baş katibi Sərxan Hacıyevin fikirlərini öyrəndik. Qurum rəsmisi saytımıza açıqlamasında bunları söylədi:

"Milli komandamızdan olduğu kimi klub səviyyəsində də hər bir kollektivimizin beynəlxalq arenalarda qələbə əzmi ilə meydana çıxmasını gözləyirdik. Bunun belə olacağına da şübhə etmirik. "Qarabağ" adlı-sanlı klublara qarşı oyunlarda necə mübarizə apardığını bizə göstərib. Ağdam klubu nəinki onlarla başa-baş mübarizə aparıb. Hətta böyükhesablı qələbələr də qazanıb. Bunları nəzərə alaraq, komandamızdan uğurlu nəticə gözləyirik. Həm məşqçi heyətinə, həm futbolçulara, həm də klub nümayəndələrinə uğurlar arzu edirik".

İLKİN SULTANLI