"Qarabağ" klubunun qitə kuboklarında doğma meydanda məğlubiyyətsiz oyunlar seriyası sona çatıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi 14 qarşılaşmadan sonra meydanı məyus tərk edib.
Qurban Qurbanovun yetirmələri ötən gün UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Almaniyanın "Bayer" klubuna 0:1 hesabı ilə uduzub.
“Qarabağ” son dəfə avrokuboklarda doğma azarkeşləri önündə Fransa “Olimpik”inə (Marsel) 2022-ci il fevralın 24-də məğlub olub - 0:3. Bu görüş Konfrans Liqasının pley-off mərhələsində baş tutub.
Qeyd edək ki, “köhlən atlar” 633 gündən sonra ev oyununda məğlubiyyətlə barışıb. Ağdam təmsilçisi arxada qalan müddətdə avrokuboklarda doğma meydanda keçirdiyi 14 matçın 8-də qələbə qazanıb, 6-da heç-heçə edib.