Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən “Rakov” (Polşa) – “Ştrum Qraz” (Avstriya) oyununu idarə edib.

Offsideplus.az xəbər verir ki, qonaqların 1:0 hesabı ilə qalib gəldiyi görüşdə Ağayev 4 sarı vərəqə göstərib.

O, hər komandadan iki oyunçuya rəsmi xəbərdarlıq edib.

Xatırladaq ki, "Rakov" bu mövsüm Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırıb.