UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Olimpiya" qarşılaşmasının yayımlanacağı telekanal dəyişib. 

Belə ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi, “CBC Sport”da deyil, AzTV və “İdman” TV-də canlı yayımlanacaq. Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Offsideplus.az-ın məlumatına görə, bu qərar yalnız sabah baş tutacaq görüşə aiddir. "Qarabağ"ın avrokubokların qrup mərhələsindəki oyunları "CBC Sport"da yayımlanacaq.