“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” (Sloveniya) ilə ilk matç - səfər oyunu ərəfəsində azarkeşlərə müraciət edib.

Offsideplus.az xəbər verir ki, Lyublyanada keçiriləcək qarşılaşma üçün Ağdam təmsilçisinin azarkeşlərinə 802 ədəd biletin ayrıldığı açıqlanıb.

Azərbaycan çempionunu “Stojitse” stadionunda dəstəkləmək istəyən fanatlar oyun günü yerli vaxtla saat 18:00-dan (Bakı vaxtı ilə saat 20:00) etibarən qarşılaşmanın keçiriləcəyi arenada S30 və S31 sektorlarının yaxınlığında biletləri ala bilərlər. Biletlərin qiyməti 25 avrodur. Satışı meydan sahibi həyata keçirir.

Qeyd edək ki, avqustun 24-də keçiriləcək “Olimpiya” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.