UEFA Avropa Liqasının III təsnifat mərhələsi üzrə "Qarabağ" və HIK komandaları arasında keçiriləcək matçların vaxtı və hakim təyinatları bəlli olub. 

Offsideplus.az xəbər verir ki, ilk görüş avqustun 10-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Görüş israilli hakimlər briqadasına tapşırılıb. Baş hakim Roi Reinsreyberə həmyerliləri David Elias Biton və Saqi Metzamber kömək göstərəcəklər. Erez Papir dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Cavab qarşılaşması avqustun 17-də Bakı vaxtı ilə saat 21:00-da Helsinkidəki “Bolt Arena”da keçiriləcək.  Baş hakim Villi Delajod olacaq. Ona Ervan Finyean və Filipp Jann yardım edəcəklər. Tomas Leonard dördüncü hakim təyin olunub.