"Sevilya" UEFA Avropa Liqasının finalında "Roma"ya qalib gələrək, çempion olub.
Offsideplus.az xəbər verir ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan oyunda qalib penaltilər seriyasında müəyyənləşib. “Sevilya” və Mərakeş yığmasının qapıçısı Yasin Bono iki penaltini qola çevirməyə imkan verməyib və öz qapısına cəmi bir zərbə qaçırıb.
Bununla da qolkiper Avropa Liqasının final matçının ən yaxşı oyunçusu seçilib.