"Yuventus" klubu UEFA Avropa Liqasının yarımfinal mərhələsində "Sevilya" ilə ilk oyuna itki ilə çıxacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Massimiliano Alleqri bildirib. O, futbolçusu Qleyson Bremerin zədələndiyini deyib.
Bu gün keçiriləcək "Yuventus" - "Sevilya" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.