UEFA Avropa Liqasının 1/4 final mərhələsində "Feyenord"un qonağı olacaq "Roma" klubunun azarkeş dəstəyi olmayacaq.
Offsideplus.az xəbər verir ki, bu komandalar arasındakı oyunlar təhlükəsizlik baxımından yüksək risk daşıyır və bu səbəbdən "Roma" azarkeşləri oyuna buraxılmayacaq. Anoloji qadağanın "Feyenoord" azarkeşlərinə də tətbiq ediləcəyi gözlənilir.
Qeyd edək ki, "Feyenoord" - "Roma" matçı aprelin 13-də Rotterdamda keçiriləcək.