UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Sevilya" (İspaniya) - "Fənərbaxça" (Türkiyə) matçına hakim təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, görüşü Fransadan olan hakimlər briqadası idarə edəcək. Oyunun referisi Fransua Leteşye olacaq. Ona yan xətt hakkimləri qismində Siril Mune və Mehdi Rahmuni köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Rudi Buke yerinə yetirəcək.

Qeyd edək ki, martın 9-da İspaniyada keçiriləcək "Sevilya" - "Fənərbaxça" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.