UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "Yuventus"un yarımmüdafiəçisi Anxel di Mariya ən yaxşı oyunçu seçilib. O, səsvermədə "Şaxtyor"dan (Donetsk) Anatoli Trubin, "Union"dan (Berlin) Yuranoviç və Leverkuzen "Bayer"indən Florian Virtsi qabaqlayıb.
Qeyd edək ki, Di Mariya Avroliqanın pley-offunda "Nant"la matçda (3:0) komandasının hər üç qolunun müəllifi olub.