Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi baş tutacaq.

Offsideplus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Avropa Liqasının pley-off mərhələsində öz qruplarında ikinci yeri tutan komandalar Çempionlar Liqasında 3-cü yerin sahibləri ilə üz-üzə gələcək.

Avropa Liqasında qrup 2-ciləri:  PSV (Niderland), "Roma" (İtaliya), "Mançester Yunayted" (İngiltərə), "Nant" (Fransa), "Renn" (Fransa), "Union" (Berlin, Almaniya), "Midtüllan" (Danimarka), "Monako" (Fransa)

Çempionlar Liqasında qrup 3-cüləri: "Ayaks" (Niderland), "Bayer" (Almaniya), "Barselona", "Sevilya" (hər ikisi İspaniya), "Sportinq" (Portuqaliya), "Zaltsburq" (Avstriya), "Şaxtyor" (Donetsk -Ukrayna), "Yuventus" (İtaliya)

Qeyd edək ki, AL-də plef-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də oynanılacaq.