UEFA Avropa Liqasının qrup mərhələsinin VI turu üzrə keçirilən oyunları tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, 16 matçda ümumilikdə 370000-dən çox tamaşaçı iştirak edib.
Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Frayburq" matçı 30430 nəfər izləyici ilə 6-cı sırada yer alıb.
Ən çox fanat isə "Roma" (İtaliya) - "Lüdoqorets" (Bolqarıstan) oyununda qeydə alınıb (60 807 azarkeş).