UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "Monako"nun oyunçusu Kevin Volland 6-cı turun ən yaxşısı seçilib. 30 yaşlı hücumçu səsvermədə Aitor Ruibal ("Betis"), Dreyer ("Midtülland"), Pelleqrinini ("Roma") qabaqlayıb.
Qeyd edək ki, Volland Avroliqanın sonuncu turunda "Srvena Zvezda" ilə matçda (4:1) 3 qol vurub.