"Keçirdiyimiz o qədər yaxşı oyundan sonra layiq olduğumuz nəticə deyildi".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Frayburq"la Avropa Liqasının qrup mərhələsi matçından sonra "Qarabağ"ın futbolçusu Marko Yankoviç söyləyib:

"Lakin bu komanda ruhu, səy və performansla gələcək parlaqdır. Belə hiss etməsək də, etdiklərimizlə qürur duymalıyıq".

Qeyd edək ki, "Frayburq" - "Qarabağ" matçı 1:1 hesabı ilə başa çatıb.