UEFA Avropa Liqasının qrup mərhələsinin VI turu üzrə "Qarabağ"la matçda (1:1) "Frayburq"un yeganə qol müəllifi Nils Petersen oyun barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 25-ci dəqiqədə penaltidən fərqlənən 34 yaşlı hücumçu oyunun nəticəsinin ədalətli olduğunu söyləyib:
"Son dəqiqələrdə qol buraxmaq acı olur. Amma düzünü desək, rəqib layiqli oyun göstərdi və heç-heçə ədalətdli nəticədir. Çətin oyun idi. Hər şeyin belə olacağını əvvəldən bilirdik. Heyətimizdə xeyli rotasiya etmişdik. Bəlkə da oyundan öncə 1 xal qazanacağımızı desəydilər. dərhal razılaşardıq".