"Nant" klubunun baş məşqçisi Antuan Kombuare "Olimpiakos"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "Qarabağ" barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 59 yaşlı mütəxəssis "Qarabağ" UEFA Avropa Liqasının qrupundan çıxa bilsəydi, məyus olmayacaqlarını açıqlayıb.
"Qələbəyə baxmayaraq, "Qarabağ" mərhələni keçsəydi, buna görə heç vaxt məyus olmazdıq. Bakıdakı görüşü düşünmürdük. Peşman olmamaq üçün qalib gəlmək istəyirdik. Əsas odur ki, qrupdan başımız dik çıxdıq".
Qeyd edək ki, G qrupunda 2-ci pilləni tutan "Nant" Avropa Liqasının pley-off mərhələsinə yüksəlib. Ağdam təmsilçisi isə yoluna Konfrans Liqasında davam edəcək.