"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin son turu üzrə bu gün "Frayburq"la qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində itkilər var. Filip Ozobiç zədə səbəbindən görüşü buraxacaq

Komandanın baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl keçirilən mətbuat konfransında zədəlilərin son durumunu açıqlayıb:

"Leandro Andrade və Bədavi Hüseynov sabah olmayacaq. Andrade hələ ki, hazır deyil. Hətta deyərdim ki, zədəsini yeniləyib. Qara isə bizimlə məşq etmir. Sabah onun heyətdə yer alıb-almayacağı hələ bilinmir".

Qeyd edək ki, "Qarabağ" - "Frayburq" matçı Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.