UEFA Avropa Liqasının qrup mərhələsinin son tur matçında "Qarabağ" "Frayburq"la qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun komandası Bakıda “Frayburq”u qəbul edib. Qrupda 1-ci yeri təmin edən Almaniya təmsilçisi üçün görüş formal xarakter daşısa da, “Qarabağ” üçün vacib matç olub. Almaniyadakı görüşdə bu rəqibinə uduzan (1:2) "Qarabağ" Bakıda bu komanda ilə heç-heçə edib. Qrupun digər görüşündə "Nant" (Fransa) "Olimpiakos"a (Yunanıstan) qalib gəlib - 2:0. Nəticədə Ağdam təmsilçisi məhələni 3-cü pillədə tamamlayıb və Avropa Liqasında pley-offa adlaya bilməyib. "Qarabağ" yoluna Konfrans Liqasında davam edəck.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun püşkü noyabrın 7-də atılacaq.

2 noyabr

UEFA Avropa Liqası
G qrupu VI tur

21:45. "Qarabağ" - "Frayburq" 1:1

Qol: Petersen, 25, pen. Kvabena Ovusu, 90+1

Baş hakim: Aleksey Kulbakov (Belarus)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: "Frayburq" - 13, "Qarabağ" - 7, "Nant" - 6. "Olimpiakos" - 2

Heyətlər:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 7.Riçard Almeyda (k) 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 20. Kadi Borges. 77. Ramil Şeydayev

Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Romao, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə

"Frayburq": 21. Noah Atubolu, 2. Uqo Sike, 9. Lukas Höler, 14. Yannik Kaytel, 18. Nils Peterse, 20. Kevin Şade, 23. Robert Vaqner, 25. Kiliann Sildillia, 30. Kristian Günter (k), 31. Keven Şlotterbek, 33. Noah Veybhaupt

Ehtiyat oyunçular: 1. Benyamin Uphoff, 26. Mark Flekken, 3. Filip Linhardt, 8. Maksimilian Eggeştayn, 17. Lukas Kübler, 22. Roland Şallai, 27. Nikolas Höfler, 28. Mattias Ginter, 29. Çon U Yon, 32. Vinçentso Qrifo, 38. Mixael Qreqoriç, 42. Ritsu Doan