"Frayburq"un futbolçusu Yannik Kaytel UEFA Avropa Liqasının qrup mərhələsnin son turu üzrə sabah "Qarabağ"la keçiriləcək oyun barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə matç barədə bu sözləri söyləyib:
"Bu xüsusi səfərdir. Heç vaxt Azərbaycanda olmamışam, digərlərinin də heç vaxt bu ölkəyə getmədiyini düşünürəm. Bu səbəbdən, bu qarşılaşma üçün həvəsliyik. Formadayıq, fiziki olaraq durumumuz yaxşıdır. Yenə qalib gəlmək istəyirik. Hər gün Avropa Liqasında oynamırsınız. 100% performansımızı ortaya qoymaq istəyirik. Qalib gəlmək istəyirik. İlk oyun çətin idi, rəqibin yaxşı hücumçuları var. Sabah baş tutacaq oyun üçün həyəcanlıyam".
Qeyd edək ki, “Qarabağ” – “Frayburq” matçı noyabrın 3-də saat 21:45-də start götürəcək.