UEFA Avropa Liqasının qrup mərhələsinin VI turu üzrə keçiriləcək "Qarabağ" - "Frayburq" matçının təyinatları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Bakıda oynanılacaq qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Aleksey Kulbakov olacaq. Ona Dmitri Juk və Aleh Maslianka laynsmanlar qismində yardım edəcəklər. Dördüncü hakim funksiyasını Dmitri Dmitryiev yerinə yetirəcək.
Portuqaliyalı Tyaqu Brunu Lopeş Martinş VAR hakimi, Huqo Filipe Ferreyra C. Moreyra Migel onun köməkçisi olacaq.
Hakim-inspektor yunanıstanlı Georgios Bikas, UEFA nümayəndəsi isə bolqarıstanlı Boriana Stoyçevadır.
Qeyd edək ki, "Frayburq" - "Qarabağ" matçı noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də baş tutacaq.
Xatırladaq ki, Kulbakov 2014-cü il oktyabrın 2-də Avropa Liqasının qrup mərhələsində Ağdam təmsilçisinin Milanda "İnter"lə matçını (2:0) idarə edib. Kulbakov "İnter"dən Xuan Xesus və Qari Medeli, "Qarabağ"dan isə Muarem Muaremi sarı vərəqə ilə cəzalandırıb.