AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, UEFA Avropa Liqası qrup mərhələsi çərçivəsində noyabrın 3-də Türkiyənin Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi”də keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Ferentsvaroş” (Macarıstan) matçında UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.