"Nant"ın futbolçusu Lüdovik Blas "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu barədə təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, matçda ilk qolun müəllifi olan 25 yaşlı yarımmüdafiəçi hədəflərinin qrupdan çıxmaq olduğunu söyləyib:

"Rəqib həqiqətən çox yaxşı komandadır. “Olimpiakos”la qarşılaşmada olduğu kimi, yenə eyni şeyi etdik. Bütün bunlar “Nitsa” ilə oyundakı yüksək səviyyəli çıxışın mükafatıdır. Döyüşməyi sevirik. Püşkatmadan sonra hədəf qrupdan çıxmaq idi. İkinci yeri tutmağa çalışacağıq. “Qarabağ”la görüşdə olduğu kimi, son turda da inamlı olacağıq".