"Nant"ın futbolçusu Pedro Çirivelya UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ" üzərindəki qələbə barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinə qarşı mübarizə aparmağın çətinliyindən bəhs edib:

"Qarabağ" çox yaxşı komandadır. Onlara qarşı mübarizə aparmaq çətindir. Topla oynamağı sevirlər və fiziki cəhətdən də güclüdürlər. Son dəqiqələrdə çox yorğun olsam da, qol vuranda sevincimdən dəli kimi qaçdım. Sonadək təslim olmadıq və layiqli qələbə qazandıq.  Fevralda avrokubok həyəcanını yenidən yaşamaq istəyirik".

Qeyd edək ki, "Nant" - "Qarabağ" matçı 2:1 hesabı ilə yekunlaşıb.