"Qarabağ" bu gün Avropa Liqasının 5-ci turunda səfərdə Fransanın "Nant" klubu ilə qarşılaşacaq.
Oyunla bağlı Ağdam təmsilçisinin sabiq braziliyalı qapıçısı və hazırda Portuqaliyanın "Torreense" klubunda çıxış edən Vaqner da Silva ilə əlaqə saxladıq.
36 yaşlı qolkiper Offsideplus.az-a açıqlamasında bugünkü matçla bağlı bunları dedi: "Çətin oyun olacaq. Çünki "Nant"a qələbə çox vacibdir. "Qarabağ" bu oyunda diqqətli olmalıdır. Düşünürəm ki, ağdamlıların növbəti mərhələyə keçmək şansı böyükdür".
"Sambaçı" hər zaman sabiq komandasını diqqətdə saxladığını da bildirdi: "Bacardığım qədər "Qarabağ"ın oyunlarını izləyirəm. O klubda hər kəsə böyük sevgim var".
Qeyd edək ki, "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.