Fransa "Nant"ı UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la ev oyununa itki ilə çıxacaq.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Şarl Traore görüşdə iştirak edə bilməyəcək. Bu barədə komandanın baş məşqçisi Antuan Kombuare oyundan əvvəl təşkil olunan mətbuat konfransında bildirib. Komandadakı yeganə itkinin Traore olduğunu vurğulayan mütəxəssis futbolçunun hələ də bərpa mərhələsində olduğunu qeyd edib.
Xatırladaq ki, sabah keçiriləcək “Nant” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.