"Nant"ın futbolçusu Andrey Cirotto "Qarabağ"la UEFA Avropa Liqasının V tur matçından öncə mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ev oyununda Ağdam təmsilçisinə qalib gəlməli olduqlarını diqqətə çatdırıb:

“Bizim üçün vacib oyun olacaq. “Qarabağ” ilk oyunda səfərdə uduzduğumuz rəqibdir. Evdə qalib gəlməliyik. Ötənilki möhkəmliyimizi bərpa etməyə başlayırıq. Bir az da diqqətimizi cəmləməliyik”.

Qeyd edək ki, "Nant" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.