"Nant"ın baş məşqçisi Antuan Kombuare "Qarabağ"la UEFA Avropa Liqasının V tur matçından öncə mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Ağdam təmsilçisi ilə görüşü final matçı adlandırıb:

 "Bunun final oyunu olduğu aydındır. İkinci yeri tutmaq istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik. "Nitsa"ya qarşı çempionat matçındakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm. Futbolçuların həmin görüşə yanaşmasını bəyəndim. Bu, hələ başlanğıcdır. Davamını növbəti oyunlarda gətirməliyik".

Qeyd edək ki, "Nant" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.