"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin V tur üzrə "Nant"la oyununun təyinatları bəlli olub.

Offsideplus.az xəbər verir ki, qarşılaşma Danimarkadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Yakob Kehlet olacaq. Ona Lars Hummelqard və Viktor Skite köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yorgen Burçard yerinə yetirəcək. VAR hakimi niderlandlı Yeroen Manskot, onun köməkçisi Rob Diperinkdir.

Almaniyalı Peter Sippel hakim-inspektor, monteneqrolu Amil Gerina UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, "Nant" - "Qarabağ" matçı oktyabrın 27-də Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Xatırladaq ki, Yakob Kehlet 2020-ci ildə "Sivasspor" və "Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının IV tur matçını idarə edib. Oyun Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.