“Nant” klubunun iki futbolçusu Fransada “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyununu buraxa bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Antuan Kombuare mətbuat konfransında deyib. Baş məşqçi Şarl Traore və Fabionun zədəli durumda olduğunu bildirib. Kombuare onların Liqa 1-in 12-ci turunda “Nitsa” ilə səfər matçında iştirak etməyəcəyini diqqətə çatdırıb.
Oktyabrın 23-də “Nitsa”nın qonağı olacaq “Nant” oktyabrın 27-də “Qarabağ”ı qəbul edəcək.