"Nant"ın iki futbolçusu UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı cavab oyununu buraxa bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi açıqlama verib. 59 yaşlı mütəxəssis Şarl Traore və Fabionun zədəli olduğunu bildirib. Adıçəkilən müdafiəçilər "Nitsa" ilə çempionat matçını buraxacaqlar. Onların "Qarabağ"la matçı buraxıb-buraxmayacaqları hələlik məlum deyil.
Qeyd edək ki, "Nant" - "Qarabağ" matçı oktyabrın 27-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Ağdam təmsilçisi qrup mərhələsinin II turunda Bakıda "Nant"a 3:0 hesabı ilə qalib gəlib.