UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı ilk oyunda uduzan "Nant" komandasının baş məşqçisi Antuan Kombuare açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Liqa 1-in XII turunda "Nitsa"ya qarşı keçirəcəkləri matçdan əvvəl baş tutan mətbuat konfransında Ağdam təmsilçisi ilə oyuna qələbə üçün çıxacaqlarını söyləyib:
"Qarabağ"la oyunda qələbə qazanmaq üçün vacib olan hər şeyi edəcəyik. Avrokuboklarda da qalib gəlmək arzusu ilə oynayacağıq. Hər görüşdə qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, "Nant" - "Qarabağ" matçı oktyabrın 27-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.