"Dünənki oyunda "Qarabağ" adına təkcə qol çatmadı. Bu olmayınca, Ağdam təmsilçisi hesabı saxlamağa çalışdı və bunun öhdəsindən gəldi".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov deyib. O, dünən UEFA Avropa Liqasının G qrupunda keçirilən "Qarabağ" - "Olimpiakos" matçı barədə danışıb.
Tanınmış funksioner "köhlən atlar"ın qrup mərhələsini ikinci yerdə bitirə biləcəyini söyləyib:
"Məncə, "Qarabağ" qrupu ikinci yerdə bitirəcək. Bunun üçün isə cəmi 1 xal lazımdır. "Nant"la səfər matçında əldə olunacaq 1 xal təmsilçimizi qrup ikincisi edəcək".
Offsideplus.az